İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.”.



İSLAM-GANCA.com
MUHARRAM
not  


 
DİNİ VİDEOLAR
QURAN-I KƏRİM
NƏHCÜL-BƏLAĞƏ
İSLAM KİTABXANASI
DİNİ ŞƏKİLLƏR

Rəcəb ayının fəziləti və əməlləri

09.05.2013,01:22
Rəcəb ayının fəziləti və əməlləri

Rəcəb, şaban və ramazan ayları ibadət və mənəviyyat dövrü olaraq digər aylara nisbət daha üstün şərəf və fəzilətə malikdir. Rəcəb ayı dua və münacat ayıdır. Cahiliyyət dövründə insanlar hacətlərini diləmək üçün bu ayı səbirsizliklə gözləyirdilər. Bəzi rəvayətlərə görə, bu ay Əmirəlmömininin (ə) adı ilə bağlıdır. Belə ki, şaban ayı Peyğəmbərimizin, mübarək ramazan ayı isə Allahın ayı adlanır.
Rəcəb, şaban və ramazan ayları ibadət və mənəviyyat dövrü olaraq digər aylara nisbət daha üstün şərəf və fəzilətə malikdir. Rəcəb ayı çox dua və münacat ayıdır. Cahiliyyət dövründə insanlar hacətlərini diləmək üçün bu ayı səbirsizliklə gözləyirdilər. Bəzi rəvayətlərə görə, bu ay Əmi... ARDINI OXU »

Şərhlər (0) Baxılıb: 17 Müəllif: Elçin

Aqsin Fateh Zehraya gore

30.04.2013,21:14
Şərhlər (0) Baxılıb: 22 Müəllif: Elçin

Cənnət xanımlar Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü

27.04.2013,17:32
Cənnət xanımlar Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Be`sətin 5-ci ili, cəmadius-sani ayının 20-si, günü imamət və vilayətin 11 parlaq ulduzunun mehriban anası həzrət Fatimeyi-Zəhra (s.ə) Məkkə şəhərində dünyaya göz açdı.Varlıq aləmini üzünün nurlu camalı ilə nurlandırdı. (Vəqayiul-əyyam; səh-290). 
Belə nəql olunubdur ki, "Merac” gecəsi Allah təala Öz əziz Peyğəmbərinə (s) iyi və rəngi mələkləri təəccübləndirən bir alma hədiyyə verdi. Allah Peyğəmbərə (s) almanı yeməsi... ARDINI OXU »
Şərhlər (0) Baxılıb: 33 Müəllif: Elçin

20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümüdür

20.01.2013,00:12
20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümüdür
Azərbaycanda bazar günü 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini... ARDINI OXU »
Şərhlər (0) Baxılıb: 119 Müəllif: Elçin

Həzrət Məhəmmədin (s) islama dünyəvi çağırışı günü

01.12.2012,22:10
Həzrət Məhəmmədin (s) islama dünyəvi çağırışı günü
İslam, Mədinə və onun ətrafında bərqərar olduqdan sonra hicri təqvimi ilə 7-ci il, məhərrəm ayının üçü, bütün dünyanı islamın zühura gəlməsi xəbəri və dünyanı bu dinə dəvət etmək məqsədi ilə müxtəlif ölkəlrin Şah və imperatorlarına məktub göndərmklə rəsmi olaraq o dinə dəvət etməyə başladı. Tarixçilər o məktubların sayının 12 - 26 aralarında oduğunu yazırlar. ("Lühuf”, səh. 97- "Feyzül-əllam”, səh. 142)
Şərhlər (0) Baxılıb: 132 Müəllif: Elçin

Həzrət Hüseynin (s) Kufə camaatına məktubu

01.12.2012,22:10
Həzrət Hüseynin (s) Kufə camaatına məktubu
Məhərrəmin 2-ci günü, imam Hüseyn (ə) kufəlilərin yazdığı məktublara cavab yazıb. Məktubda onların dönə-dönə dəvət və yazılarını xatırladaraq beyətlərində sadiq qalmalarınını o həzrət kömək etmələrini istədi. Həzrət, Qeys ibn Müsəhhər Seydaviyə göstəriş verdi ki, məktubu Kufəyə çatdırsın. Lakin məmurlar yolda onu həbs edib şəhadətə çatdırdılar. ("Əl-irşad”, c. 2, səh. 37- "Biharül-ənvar”, c.44 səh, 381)
Şərhlər (0) Baxılıb: 125 Müəllif: Elçin

Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olması

01.12.2012,22:09
Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olması
Hürr ibn Yəzid, imam Hüseyn (ə) və onun köməkçilərini Kərbəladə mühasirəyə alıb onların Kufəyə tərəf getməsinin qarşını adlıqdan sonra, Übeydullah ibn Ziyad, Yezidin qoşunun başçılığını Ömər ibn Sədə tapşırdı. Ömər ibn Səd, hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də altı və ya doqquz min nəfər döyüş qüvvəsi ilə Kərbəlayə varid oldu. ("Əl-irşad”, c. 2, səh. 84 - Məaliul-Sibtəyn, c. 1, səh.301)
Şərhlər (0) Baxılıb: 116 Müəllif: Elçin

Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması

01.12.2012,22:08
Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması
Hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də, imam Hüseyn (ə), hazırda pak məzarnın yerləşdiyi torpaq sahəsini 60 min dirhəmə, Neynəva və Qazəriyə əhalisindən alıb onlarla şərtləşdi ki, onların qəbrini ziyarət etmək istəyən zəvvarlara yolu göstərib onları üç gün qonaq etsinlər. (Məcməül-bəhreyn, c.5, səh. 461, "Kərbəl” bölməsi). sibtayn.com/az
Şərhlər (0) Baxılıb: 120 Müəllif: Elçin

Həzrət Hüseyn (ə) karvanının Kərbəlaya daxil olması

01.12.2012,22:07
Həzrət Hüseyn (ə) karvanının Kərbəlaya daxil olması
Məşhur rəvayətə görə hicri təqvimi ilə 61-ci ildə həzrət Seyidüş-şühəda (ə) öz Əhli-beyt (ə) və əshabı ilə birkikdə Kərbəlaya çatdı. Rəvayətə əsasən həzrətin atı daha hərəkət etməyıb dayandı. Həzrət Hüseyn (ə) "bu məntqənin adı nədir” deyə soruşdu. Dedilər: "Qaziriyə”. Buyurdu: "Başqa adı yoxdur?” Dedilər:” Şatül-furat”. Həzrət (ə) başqa adı haqqında soruşdu: Dedilər: Kərbəla. O zaman həzrət ürəkdən bir ah çəkib ağladı və buyurdu: "Əllahummə əzuzu bikə min-əl-kərbi vəl-bəla, And olsun Allaha! Bura Kərbəla torpağıdır. Allaha and olsun, bu məkanda bizimlə olan kişiləri öldürəcəklər, arvad-uşaqlarımızı əsir aparacaqlar..Ey comərdlər, (atlardan yerə) enin ki, bizim qəbrlərimizin yeri burdadır.
Şərhlər (0) Baxılıb: 159 Müəllif: Elçin

İmam Hüseynə (ə) ağlamaq və əzadarlığın çox əhəmiyyətli fəzilətləri

24.11.2012,02:42
İmam Hüseynə (ə) ağlamaq və əzadarlığın çox əhəmiyyətli fəzilətləri
1.İmam Hüseynin (ə) məqsədini canlandırmaq: Ağlamaqla onun məhəbbəti bir daha canlanır. Allah yolunda əmr be-məruf (yaxşılıqlara dəvət etmək) və nəhy əz-münkər (pis¬liklərdən çəkindirmək) etməsi, İslama böyük, xidmətləri qəlblərə həkk olur. Ağlamaqla qəflətdə olanlar, yolunu azanlar ayılırlar. Kərbəla faciəsi kimi bəşəriyyət tarixində baş verən olan ikinci hadisə varmı? Əza saxlamaqla, Kərbəla hadisəsi zehinlərdə canlanır. İmam Hüseynin (ə) məqsədini canlandırmaq, əsl mənada İslamı qoruyub saxlamaqdır.
Qərb alimi Murik Dukberi yazır: «Əgər tarixçilərimiz Aşuranın mahiyyətini anlasaydılar, buna sadə baxmzdılar. Hüseynin (ə) ardıcılları zəlillik və acizliyə baş əyməzlər. Çünki əsas şüarı zülmə baş əyməmək, təslim olmamaqdır. Hüseynin (ə) əzadarlıq məclisində insanların namusu, şərəfi və İslamın əzəməti naminə mübarizəsindən danışılır. O, can, mal və övladından keçdi, amma Yezidə tabe olmadı. Gəlin, biz də şərəflə ölməyi, zəlilliklə yaşamaqdan üstün tutaq.»
Şərhlər (0) Baxılıb: 191 Müəllif: Elçin
1 2 3 ... 6 7 »

 
QURBAN BAYRAMI
Orucun hökmləri
Qədr gecəsi nədir?
Fitr Bayramı
Tarixi Abidələr







studio.mif.az
Copyright © 2011-2012 Islam-Ganca.com - By Design MiF Studio
Создать сайт бесплатно